Müğənnimiz satıcı oldu VIDEO

İlahə İbadova "Qonşu qız" retro mahnısına yeni həyat verdi

"Xalq ulduzu" yarışmasının yadda qalan iştirakçılarından olan xanəndə İlahə İbadova sözləri Hüseyn Arifə, musiqisi isə Ələkbər Tağıyevə məxsus olan "Qonşu qız" retro mahnısına yeni həyat verib. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, mahnını eyni yarışmadan tanıdığımız Taleh Ələsgərli ilə duet oxuyub və kamera qarşısına da onunla birlikdə keçib. Xanəndələrin tandemindən ekrana sıravi kliplərdən fərqi, maraqlı süjet xətti olan klip ortaya çıxacaq.

Gənc rejissor Aqil klipə müasir tərəfdən yanaşıb. Hər iki xanəndəni satıcı obrazında çəkən rejissorun klipdə hədəfi Talehin İlahəyə olan sevgisini müasirləşdirilmiş tərzdə ortaya qoymaqdır. İlahənin fikrincə, rejissor bunu bacarıb. Qalır lentə köçürülən kadrların montaj prosesi.

"Çəmən, çiçək kimi kliplərin dövrü keçib. İnsanlar şablonlaşan klipləri izləmir. Bu nöqteyi-nəzərdən klipimizi fərqli eləmək istədik" - deyən İlahə tezliklə daha bir duet mahnısının olacağını bildirdi. Bu, yerli yox, əcnəbilərdən biri ilə nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31