İbrahim Tatlısəslə bağlı şok iddia
22 Oktyabr 2012 13:38 MədəniyyətTürkiyənin ən məşhur müğənnilərindən biri İbrahim Tatlısəsin ailəsində çox ciddi problemlər yaşandığı vurğulanır.Milli.Az Milliyet-ə istinadən bildirir ki, İbrahim Tatlısəs xanımı Ayşegül Yıldızla dava edib, sonra da evdən gedib.
Ayşegül Yıldız 5 aylıq hamilədir."İmperator" ləqəbli Tatlısəs 2011-ci ilin martın 14-də silahlı hücuma uğramış, bədəninin sol tərəfi iflic olmuş, aylarla müalicə edilmişdi.
Tatlısəslə arvadı arasında ötən ay da dava olmuşdu.Müğənni yardımçısı Emre Ergenin toyuna xanımı ilə yollanmış, orada hirslənib demişdi: "Masanın kənarında mən varam, mən! Mənə baxacaqsan, Ayşegül xanım!"15 gün əvvəl evi tərk etmiş Tatlısəsin İstanbulun Seyrantəpə səmtindəki ofisinin üst mərtəbəsindəki otaqlarda yaşadığı deyilir.Ayşegül Yıldız müğənninin 6-cı övladını dünyaya gətirəcək.
İbrahim Tatlısəsin Ədalət Tatlıdan 1 oğul, 2 qızı, Perihan Savaşdan bir qızı, Derya Tunadan 1 oğlu var. Müğənni 3 nəvənin babasıdır.