Zaur Baxşəliyevin toyunda nələr olacaq?
22 Oktyabr 2012 12:49 Mədəniyyət4 gündən sonra baş tutacaq xoş günə say-seçmə qonaqlar dəvət olunurlar.
Milli.Az-a daxil olan məlumata görə, ATV telekanalının iki tanınmış siması - Zaur Baxşəliyevlə Günay Qələndərlinin oktyabrın 26-da keçiriləcək toyunda qonaqları dəvət etmək Zaurun payına düşüb.Gələcək həyat yoldaşı Zaurun seçiminə hörmətlə yanaşan Günay hətta rəfiqələrini belə dəvət edib-etməməsini onunla dəqiqləşdirib. Maraqlısı ondadır ki, bu xoş günə say-seçmə müğənnilər dəvət olunurlar.ATV-nin əməkdaşlarının böyük əksəriyyəti qonaqlar sırasında olmayacaq. Toy günü restoran ciddi şəkildə mühafizə olunacaq.
Bir sözlə, Zaur şəkillərinin mediaya çıxmaması üçün bütün gücünü səfərbər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31