ANS və Aytən Səfərova Azərbaycan xalqını təhqir etdi!
21 Oktyabr 2012 00:21 MədəniyyətANS-in bir verilişi var: "Kökaltı". Maraqlı verilişdir. Aparıcı Aytən Səfərova tanınmışları studiyaya çağırır, belə demək mümkünsə köntöy suallarla onları kökaltına salır. Aytən Səfərovanı savadlı, məlumatlı , öz üzərində çalışan aparıcı kimi tanıyır və hörmət edirdik. Amma bir neçə dəqiqə bundan əvvəl efirə gedən verilişdə baş verənlər bizi çox sarsıtdı və çox hörmət bəslədiyimiz telekanal və Aytən Səfərova haqqındakı təsəvvürlərimiz alt-üst oldu. Verilişdə dayanacaqda eşşək şəklinin verilməsi, dolayısıyla dayanacaqda eşşəklərin dayanmasına işarə olunması Azərbaycan xalqını ən pis formada təhqirdir. Nəzərə almaq lazımdır ki, dayanacaqda dayanan XALQdır və bizim hər birimiz onun nümayəndəsiyik. Bu nə ANSə, nə də Aytən Səfərova, sənə yaraşar! Təəssüf!