Tünzalə Ağayeva bunu da etdi

Əməkdar artist simfonik orkestrlə konsert verdi

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilk səfə simfonik orkestrlə səhnəyə çıxıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsert Azərbaycanın görkəmli dirijoru Yalçın Adıgözəlovun idarə etdiyi konsertdə rusiyalı pianoçu Vyaçeslav Qryaznovla birlikdə çıxış edib.Konsert Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.Konsertdə ənənəvi klassikadan fərqlənib. Repertuarda ilk Amerika operasından cazyönümlü fraqmentlər təqdim edilib.Dünya musiqisindən bir-birindən maraqlı əsərlər səsləndirən əməkdar artisti və musiqiçiləri tamaşaçılar sürəkli alqışlarla yola salıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31