Azərbaycanın tanınmış stilistini "Facebook"da rüsvay etdilər

Pərviz Mirzəyevin adından sosial şəbəkədə əxlaqsız təkliflər edildi

Daha bir tanınmış şəxs sosial şəbəkənin qurbanı oldu. ANS PRESS-in məlumatına görə, bu dəfə yerli dəb aləminin sayılıb-seçilən stilisti Pərviz Mirzəyev internet manyakının hədəfi oldu. Belə ki, stilistin adından profil açılıb və fotolarının altında hər kəsə əxlaqsız təkliflər yazılıb. Hətta bu təkliflər açıq və konkret şəkildə yazılıb. Pərviz baş verənlərdən gec xəbər tutduğundan aləm bir-birinə dəyib. Qohumların da bu işə qarışması vəziyyəti daha da ağırlaşdırıb.Vəziyyət o həddə çatıb ki, Pərviz Mirzəyev mətbuat vasitəsilə hər kəsə müraciət ünvanlamaq məcburiyyətində qalıb: "Adıma açılan səhifəyə mənim heç bir aidiyyatım yoxdur. Bütün bunlar məni gözügötürməyənlər, bədxahların işi ola bilər. Anam bu barədə eşidəndə halı pisləşdi. Dünən axşam anamın üstünə təcili yardım çağırdıq. Bu balaca məsələ deyil axı. Məni rüsvay etməklə ailəmə zərbə vururlar. Nəticədə bütün bu olanlardan mənim ailəm, anam və əzizlərim ziyan çəkir. Yəqin uğurlarımı gözügötürməyənlər məni bu yolla gözdən salmaq istəyirlər. Rüsvay etməklə mənə problem yaratmaq istəyirlər. Yaradıcı insan olduğumdam belə şeylərdən tez ruhdan düşə bilərəm, hətta depressiyaya dərəcəsinə çata bilərəm. Amma işlərim çox olduğundan möhkəm olmalıyam, bunu özümə icazə verə bilmərəm! Üzümü həmin şəxslərə tutub demək istəyirəm ki, özlərini yormasınlar, Pərviz o qədər də zəif insan deyil"Qeyd edək ki, hal-hazırda sözügedən səhifə bağlanıb. Buna baxmayaraq tanınmış stilist məsələ ilə bağlı hüquq-müdafiə orqanlarına şikayət ərizəsi ilə müraciət etməyi düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31