Ümit Sayın artıq Bakıdadır
O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalislərə müsahibə verdi
20 Oktyabr 2012 13:41 MədəniyyətTürkiyəli sənətçi, bəstəkar-müğənni Ümit Sayın artıq Azərbaycandadır. Müğənni dünən gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. .."Olaylar"ın . məlumatına görə, azərbaycanlı müğənni Zarina Məmmədovanın şəxsi qonağı olan Ümit Bakıya klip təqdimatına gəlib. Zarina ilə birgə çəkildiyi "Kader utansın" mahnısını ifaçımızla duet şəklində ifa edən Ümit hava limanına toplaşan jurnalistlərə açıqlama verməkdən də imtina etməyib. Sənətçi paytaxtımıza bəslədiyi sevgi ilə yanaşı Zarinanın istedadından da söz açıb. Ümit ifaçımızla birgə oxuduğu mahnının mükəmməl şəkildə ərsəyə gəldiyini dilə gətirib: " "Kader utansın" mahnısı illər öncə Aşkı Nuryenginin ifasında səslənib. Ancaq qeyd etmək lazımdır ki, Zarina Nuryengidən daha yaxşı oxuyub. O, çox istedadlı xanımdır. Ondan özümə qarşı hər zaman, Türkiyədə də Azərbaycanda da çox isti münasibət görmüşəm. Onunla duet oxuduğuma peşiman deyiləm və ümid varam ki, hazırlaşdığımız təqdimat yüksək səviyyədə keçiriləcək".Sayın əminliklə vurğuladı ki, Zarinanın "Dəlilik" albomu Türkiyənin ən iri satış mağazalarında satılır: "Əsas mətbuatda və efirlərdə parlamaq deyil. Ən əsası öz adını qorumaqdır. Zarina da məhz belə müğənnilərdəndir. O, ilk addımlarından ən peşəkar və imzası olan insanlarla çalışamağa başladı. Mən əminəm ki, Zarina bundan sonra da çox böyük işlər görəcək".Qonağını hava limanında şəxsən özü qarşılayan Zarina da Ümit haqda fikirlərini səsləndirib: "Ümit Sayın kimi bir peşəkarla çalışmaq mənim üçün böyük şərəfdir. Sevinirəm ki, bu gün Ümit bəy mənim şəxsi qonağımdır. Əminəm ki, onun bizimlə keçirdiyi bu 4 gün gözəl anlarla yadda qalacaq. Ona şəhərimizin ən gözəl və tarixi məkanlarını da nümayiş etdirməyi planlaşdırırıq".Yerli jurnalistlər sənətçinin şəxsi həyatına da toxunublar: "Mən şəxsi həyatımda çox seçiçi insanam. Qadınları dəyişməyi sevmirəm. Çox istərdim ki, həyaımda daimi bir xanım olsun. Münasibətlərdə dəyişikliyi sevmirəm"-deyən Ümit paytaxtımıza sevgilisi, eyni zamanda meneceri ilə birgə təşrif buyurub.