Elvin Abbasov sevgilisinə klip çəkdirir + VİDEO

Gənc müğənni yeni mahnısını ekranlaşdırır

"Qeyri-adi" və "Nağıllar" mahnıları ilə məşhurlaşan müğənni Elvin Abbasov daha bir mahnısına klip çəkdirmək qərarına gəlib. Bu dəfə o, bəstəsi Aybəniz Güllərə aid "Sevgilim" mahnısını ekranlaşdıracaq. Sayca Elvinin üçüncü klipi olan "Sevgilim"ə rejissorunun kim olduğu hələlik gizli saxlanılır. Müğənni bircə onu qeyd edib ki, klipdə əsas qeyri-adilik klipdə Elvinin həqiqətən sevdiyi qız çəkiləcək.Yaraşıqlı müğənninin sevgilisinin hansı məşhur olduğunu bilmək istəyənlər onu noyabr ayının ilk günlərində aşkar edəcəklər. Belə ki, Elvin çəkilişlərin oktyabrın sonunda başlayacağını və noyabr ayında artıq sevənlərinə təqdim edəcəyini bildirib.Elvin Abbasovun "Sevgilim" mahnısını sizə də təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31