Azəri Günel nişanlısı haqqında danışmayacaq
"Axı nə üçün insanlara şəxsi həyatımla bağlı hesab verməliyəm?"
20 Oktyabr 2012 11:06 MədəniyyətMilli.Az-ın məlumatına görə, son bir neçə gündür ki, bəzi saytlarda tanınmış estrada müğənnisi Azəri Günelin nişanlısı İnanc Başeymezlə barışması ilə bağlı xəbərlər yayılır.Yazılan bu məlumatlar heç də müğənninin ürəyincə deyil. Türkiyədən əməkdaşımızla əlaqə yaradan Azəri qızı şəxsi həyatı ilə bağlı sonuncu dəfə danışdı: "Həqiqətən, bu son olsun istəyirəm. Axı nə üçün insanlara şəxsi həyatımla bağlı hesab verməliyəm? İstanbulda ola-ola nişanlımla ayrılıb-barışmaq xəbərlərimi Bakıdan alıram. Biz axı küsməmişdik ki, barışaq. Əziz jurnalistlər, xahiş edirəm şəxsi həyatıma bu qədər müdaxilə etməyin. Nə lazım olursa, onsuz da özüm danışıram. Şou xatirinə heç bir əhəmiyyət kəsb etməyən yazılarda adımı ucuzlaşdırmayın. Xoşbəxtəm, bu sevincimdən hamıya pay düşsün istəyirəm".