Rəqsanəyə təcili yardım niyə çağırılmışdı?
Bakıya 3 günlük gəlib, yenidən Moskvada yarımçıq qalan işlərinin başına dönən Rəqsanə İsmayılovanın başına hadisə gəlib
20 Oktyabr 2012 11:00 MədəniyyətBelə ki, Bakıya qayıtmağına bir gün qalmış müğənni axşam saatlarında mətbəxdə iş görən zaman iti bıçaqlardan biri müğənninin barmağını dərindən kəsir. Qanı dayandıra bilməyən ailə üzvləri təlaş içində nə edəcəklərini bilməyiblər. Onların başını itirdiyini görən müğənni Xəyyam Nisanov özü Moskvadakı təcili yardımı yığır. Həmin vaxt o, Rəqsanə gildə qonaq olub. Təcili yardım gələnə kimi çoxlu qan itirən sənətçinin əhvalı bir az pisləşib. Bu barədə özü Publika.az-a danışıb: "Məni barmağımın dərin kəsilməsindən çox, qan itirməyim qorxutdu. Vəziyyətimi görən prodüserim Səbinə, qızım Aysun və evdəki digər xanımlar özünü itirmişdi. Yaxşıki Xəyyam bizdə idi. Cəld tərpənib köməyə təcili yardım çağırdı. Bu hadisədən sonra özümü bir necə gün pis his elədim. Yara o qədər dərin idi ki, barmağım qırıla da bilərdi" - deyən Rəqsanə Bakıya əli sarıqlı gəldiyini söylədi.