Bu gün bir gözəlin ad günüdür VIDEO

Xalq artisti dünyanın bir çox ölkəsində Azərbaycanı uğurla təmsil edib

Bu gün xalq artisti Şövkət Ələkbərovanın ad günüdür. Görkəmli sənətkar Şövkət Ələkbərova 20 oktyabr 1922-ci ildə Bakıda anadan olub. A.Zeynallı adına musiqi məktəbində H.Sarabskinin sinfində təhsil alıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Azərbaycanı Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və daha neçə-neçə xarici ölkələrdə təmsil edib. Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31