Eldar Qasımov və Nigar Camal yenidən bir arada
Qalib duetin çıxışı oktyabrın 19-20 Türkiyədə baş tutacaq
19 Oktyabr 2012 19:25 MədəniyyətBu günlərdə Moskvada çıxış edən "Eurovision 2011" qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyə səfərinə hazırlaşırlar. ANS PRESS-in məlumatına görə, bir müddətdir birgə görünməyən Eldar və Nigar məhz Rusiyanın paytaxtı, soyuq Moskvada eyni səhnəni bölüşüb. Duet ortaqlarının növbəti dayanacağı isə Türkiyənin Ankara şəhəri olacaq. Səfərin məqsədi Türkiyədə keçiriləcək Ümumdünya İstefaya çıxmış zabitlərin festivalında çıxış etməkdir.
Festival Türkiyə İstefaya çıxmış Zabitlər Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. 17-20 oktyabr tarixlərində Ankarada keçirilməsi nəzərdə tutulan tədbirin məqsədi ölkələr arasında dostluq əlaqələri inkişaf etdirmək və dünyada sülhün inkişafına nail olmaqdır.
Festivala müxtəlif ölkələrin peşəkarları qoşulacaq. Festivalın xüsusi qonaqları qismində Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək. Qalib duetin çıxışı 19-20 oktyabrda baş tutacaq.
Ell/Nikki festivalın sonuncu günündə çıxış edəcək və öz müsiqi proqramlarıını təqdim edəcək. Təşkilatçılar "Eurovision-2011" qaliblərinə TEMAD-ın mükafatını verəcək.