Röyanın Azərbaycanı tərk etməsinin əsl səbəbi budur VIDEO

Müğənni üsyanı: "Vallah ürəyim partlayacaq...Mən hər şeyə tüpürdüm. Mən burada yaşamaq istəmirəm!"

Röyanın Azərbaycanı tərk edəcəyi xəbəri son 2 gün ərzində medianın gündəmini ələ aldı. İfaçının ölkəni tərk edib Türkiyədə yaşamaq istəyi ən çox müzakirə olunan mövzudur. Media müğənninin bu qərara gəlməsi heç də birmənalı qarşılanmadı, müxtəlif versiyalar səsləndi. Düzdür, Röya ATV-nin "Ümid var" proqramına açıqlamasında sadəcə qalmaqallardan bezib, sakit həyat sürmək arzusu ilə İstanbula yerləşmək və hər şeyə sıfırdan başlamaq istədiyi bildirdi. Populyar müğənni hətta orada yaşaması üçün artıq ev axtardığını da dedi. Amma, Röyanın Türkiyəyə tək gedəcəyini söyləməsi isə onun həyat yoldaşından boşanması ilə bağlı gəzən şayiələrin yenidən gündəmə gəlməsinə zəmin yaratdı. Guya Röya şəxsi həyatında və sənət aləmində baş verənlərdən bezib bu qərarı verib.Biz də ANS PRESS olaraq öz tərəfimizdən buna aydınlıq gətirmək istədik. Əslində isə səbəb təmamilə başqadır. Sevilən müğənni qan xərçənginə tutulan jurnalist həmkarımız Gülər Məmmədovanın əməliyyatı üçün tələb olunan məbləğin toplanması üçün təşkil olunmuş xeyriyyə tədbirində bu qərara gəlib.Müğənni xeyriyyə tədbirində, "Röya da olmaq istəmirəm. Bütün bunlardan sonra oxumaq da istəmirəm. Mən burada yaşamaq istəmirəm, yaşamayacam da!", deyə etiraz səsini ucaldıb. Baş verənlərdən, gördüklərindən təsirlənən müğənni, göz yaşları içində bu sözləri söylədi: "Mən bir ana olaraq, sadəcə o oğlanların üzünə baxıram. Hansıki kiməsə heç nəyə görə hədiyyə ev, maşın ala bilirlər... Azərbaycan oğulları var ki, onların biri bu əməliyyata bəs edər. Ətrafıma baxıram, görürəm ki, bura yığışanların hamısı kasıblardır. Bir nəfər varlı adam görmürəm. Hal-hazırda burada olan insanlar bizə lazım olanlar deyil. Hanı bəs Azərbaycanda o kişilər? Hanı? Bu əməliyyatın pulu heç nədir! Kiminsə maşınının puludur. Mənim gücüm nəyə çatır, onu edəcəm. Vallah ürəyim partlayacaq...Mən hər şeyə tüpürdüm...Mən burada yaşamaq istəmirəm!"Baş verənlərdən çox təsirlənən ifaçı, "Röya da olmaq istəmirəm. Mən bunlardan sonra oxumaq istəmirəm. Onlar üçün oxumaq istəmirəm.",-deyib və çıxışının sonunda göz yaşları içində "Ya Allahım" mahnısını oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31