Azərbaycanlı aktrisa Çin generalına ərə gedir?

Mətbuatda belə bir xəbər yayılıb ki, xalq artisti Zemfira Nərimanova Çin generalına ərə gedir.Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, aktrisanın İsmayıl adlı nümayəndəsi ATV telekanalının "Ümid var" proqramına açıqlamasında həmin məlumata aydınlıq gətirib.Onun sözlərinə görə, yayılan məlumatlar yalandır, aktrisa ailə qurmağa hazırlaşmır."Bu, yalan məlumatdır, bu səbəbdən Zemfira xanım bu barədə danışmaq istəmir. Hazırda o yaradıcılıqla məşğuldur, teatrda çalışır. Qoy ən yaxşısı onun yaratdığı obrazlar haqqında danışsınlar", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31