Röya Ayxanın fanatları müğənninin evinə axışırlar

Azərbaycanı tərk etməyi qarşısına məqsəd qoyan ulduz fikrindən daşınacaqmı?

Milli.Az xəbər verir ki, yerli şou-biznesdə son günlərin ən çox danışılan mövzularından biri də tanınmış estrada ulduzu Röya Ayxanın vətəni tərk edib İstanbula köçmək istəyidir.Çoxları bu xəbəri ciddiyə almasalar da, üzülmək onun fanatlarının payına düşüb. Əldə etdiyimiz məlumata görə, neçə-neçə pərəstişkarı "Röya, sən bizimsən!", "Röya, getmə!" şüarlarının yazıldığı plakatlarla müğənninin Bakı kəndlərinin birində yerləşən evinin qarşısına axışacaqlar.
Fanat aksiyasının günorta saatlarında başlanacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31