Tarkan ad gününü qəribə keçirdi
19 Oktyabr 2012 20:18 MədəniyyətTürkiyənin ən məşhur müğənnisi, peşəkar karyerasının 20-ci ildönümünü qeyd edən Tarkan dünən ad günü münasibətilə dostlarını və əməkdaşlarını başına yığıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, 41 yaşı tamam olan Tarkan ad gününü medianın diqqətindən uzaqda, İstanbulun Tarabya səmtindəki evində keçirib.
Evin qarşısında onlarla jurnalist olsa da, onlar ad gününə qatılan bir məşhur şəxsi görməyiblər.Təxminən 50 qonaqla ad günündə əylənən Tarkan evinin bağçasında böyük ziyafət verib.O, jurnalistlərin bütün israrlarına rəğmən, evindən çıxaraq suallarını cavablamayacağını deyib."Hesab edin ki, çox qəribə ad günü keçirdim. Çünki belə sadə ad günləri sizə qəribə gəlir", - Tarkan deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31