Zarina Məmmədova ilə Ümid Sayını nə birləşdirir?

Türkiyənin səs ustası, tanınmış müğənni-bəstəkar Ümid Sayının Azərbaycana gəlişi barədə xəbərlər dolaşır. Müğənninin bu gün paytaxtımızın qonağı olacağı deyilir.Türkiyəli sənətkarın Bakıya gəlişinin səbəbini araşdırdıq. Məlum oldu ki, o, gənc və iddialı müğənni Zarina Məmmədovanın qonağı olacaq. Məsələ burasındadır ki, Zarina söz və musiqisi Ümid Sayına məxsus "Kader utansın" mahnısını ifa edib. Özü də tək deyil, elə Ümidin özü ilə. Simalar mahnıya Türkiyədə klip belə çəkdiriblər.Klipin gələn həftə geniş təqdimatı da olacaq: "Ümidlə mənim işlə yanaşı dostluq münasibətimiz var. Mahnını mənə təqdim edərkən, çox bəyəndim. Sanki sırf mənim səs tembrimə uyğun yazılıb. Bu da lirik notlar üzərində qurulub. Klip olduqca sadədir. Ancaq sadəliyi qədər də fərqlidir. Türk peşəkarları ilə çalışmaq xüsusi zövq verib. Bütün işçi heyyəti boynuna düşənişin öhdəsindən peşəkarçasına gəlir. Ümidlə oxumaq isə başqa bir zövqdür".Onu da bildirək ki, "Kader utansın" mahnısının arenjimanı Gürsel Çelikə məxsusdur. Mahnı Zarinanın Türkiyədə işıq üzü görən "Dəlilik" adlı ilk albomuna daxildir. Klipin rejissoru müğənninin daha öncə Türkiyədə çəkdirdiyi "Dəlilik" klipini ərsəyə gətirən Kemal Başbugdur.Onu da bildirək ki, bu gün Türkiyədən Azərbaycana gələn Ümid Sayın 4 gün paytaxtımızın qonağı olacaq. Müğənni klipin təqdimatından sonra Zarina ilə birgə mini konsert proqramı ilə də çıxış edəcək. Sənətçinin paytaxtımızla tanışlığı da nəzərdə tutulub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31