Teleaparıcı Zaur Baxşəliyevin toy dəvətnaməsi belədir-FOTO

SİA-nın məlumatına görə, şayiələr gəzir ki, cütlüyün 26 oktyabr tarixində toy etmələri yalandır. Məlumatlarda qeyd olunur ki, tərəflər heç toy dəvətnamələrini verməyiblər.Biz də şayiələrin yalnış olduğunu araşdırdıq. Sübut üçün hətta dəvətnamənin fotosunu çəkib oxucularımıza təqdim edirik.Qeyd edək ki, Zaur və Günayın toyunun mediada işıqlandırılmasına qadağa qoyulub. KİV nümayəndələri toya buraxılmayacaqlar.

---------
11:53

Azərbaycanın tanınmış teleaparıcılarından biri olan Zaur Baxşəliyev toy gününü dəqiqləşdirib.

Publika.Az-ın məlumatına görə, mərasim oktyabrın 26-da keçiriləcək. Dəvətnamələri paylamaqda davam edən teleaparıcı nədənsə toy hazırlığının müzakirə mövzusu olmasını istəmir.

Xatırladaq ki, Z.Baxşəliyev və nişanlısı Günay Qələndərli "Onun yarısı" verilişindən sonra "Ümid var" layihəsi ilə ekranlara geri qayıdacaqlarını bildirmişdilər. Zaur öncə Günayla birlikdə görünəcəyini bəyan etsə də, sonradan ekrana tək çıxdı. Əldə etdiyimiz məlumata görə, Zaur gələcək xanımının artıq ekranda görünməsinin tərəfdarı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31