Faiq Ağayev solo-konsert fobiyasından xilas oldu

Xalq artisti 4 gün konsert verəcək. Xalq artisti Faiq Ağayev nəhayət ki, pərəstişkarlarını solo-konsertlə sevindirəcək. ANS PRESS-in məlumatına görə, müğənni düz 5 il fasilədən sonra yenidən solo-konsert proqramı ilə çıxış edəcək. Konsert dekabr ayında, Faiq Ağayevin ad günü ərəfəsində olacaq.  4 gün nəzərdə tutulan konsertin smeta dəyəri 250 min manat hesablanıb.
Xatırladaq ki, Faiq Ağayev sonuncu dəfə 2007-ci ilin 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo-konsert vermişdi və bununla da Azərbaycan musiqi tarixində ilk rekorda imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31