“Gənc istedad 2012” müsabiqəsinə start verildi

Gənclər və İdman Nazirliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində keçirilən "Gənc istedad 2012" adlı təsviri sənət müsabiqəsinə qəbul başlayıb. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki,  müsabiqə 18-29 yaşlı gənc rəssamlar arasında keçirilir. Qaydalara əsasən, müsabiqəyə yalnız son bir ildə yaradılmış, sərgilərdə nümayiş etdirilməmiş, çərçivəyə salınmış yeni əsərlər qəbul olunur. Hər bir müəllif ən çox 3 əsər təqdim edə bilər. Müsabiqə təsviri sənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə paralel olaraq keçirilir. Hər bir nominasiya üzrə qaliblər I, II, III yer üzrə müəyyən ediləcək və müvafiq olaraq 1000, 800 və 600 AZN məbləğində pul mükafatı ilə təltif ediləcəklər. Həmçinin hər nominasiya üzrə 200 AZN dəyərində həvəsləndirici mükafat da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31