Azərbaycanlı aktrisa özü barədə yayılan şok açıqlamalara münasibət bildirdi

Mehriban Xanlarova: "Mən Etibar adlı adam tanımıram. Özüm də subayam"

Bu sözləri Publika.Az-a açıqlama verən Mehriban Xanlarova özünü onun həyat yoldaşı kimi təqdim edən Etibar Süleymanovun onun haqqında söylədiyi fikirlərə münasibət bildirərkən qeyd edib.O, mətbuatı bu cür insanların sözlərinə inanmamağa çağırıb:"Mən elə adda adam tanımıram. Bəlkə mənim düşmənlərimin oyunudur, qurmasıdır. Xahiş edirəm, kim nə deyir, inanmayın. Mənim elə ərim olmayıb.
Mən subayam. Nə mənim, nə bacımın heç kimə borcu yoxdur. Tərtəmizəm. Bir Allaha ölüm borcum var. Vəssalam.
Xahiş edirəm, belə böhtanlara mətbuat inanmasın, yaymasın. Bu bir aktrisa kimi mənim adıma ziyandır axı. Qurban olum, əl çəkin mənə qara yaxmaqdan. Heç kimlə mübahisəm yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31