Daha bir ulduz ana oldu

Meqan Foksun oğlu doğulub

"Transformerlər" filmi ilə dünya şöhrəti qazanan aktrisa və model Meqan Foks ana olub. Aktrisanın oğlu dünyaya gəlib. Bu barədə aktrisa özü "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O, həyat yoldaşı Brayan Ostin Qrinlə gözlədikləri uşaqlarının doğulduğunu hamı ilə paylaşıb.
Meqan Foksun yazdığına görə, sentyabrın 27-də dünyaya gələn oğluna Noa Şennon Qrin adını veriblər. O, bu "sağlam, gözəl körpənin valideynləri olmaqdan fərəhləndiklərini" yazıb.
Qeyd edək ki, 2004-cü ildə görüşməyə başlayan Foks və Qrin 2010-cu ildə evləniblər və Noa Şennon onların ilk birgə övladıdır. Brayan Ostin Qrinin əvvəlki nikahından Kassius adlı bir oğlu da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31