"Tütək səsi"ndəki Cəbrayıl xərçəngdir
SSRİ-nin yeganə qaraçı xalq artisti
18 Oktyabr 2012 09:34 MədəniyyətOktyabrın 10-da bütün dövrlərin ən yaxşı qaraçısı Mixay Volontir onkoloji əməliyyat keçirib. Kulis.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, aktyor hazırda Kişinyovda Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.Mixay Volontir 15 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Həkim Viktor Çernat bildirib ki, məhz bu səbəbdən əməliyyat haqqında qərar vermək çox çətin imiş: "İndi vəziyyəti stabildir, sərbəst qida qəbul edə bilir".Aktyorun xanımı Yefrosiya Yermolova "Budulay"ı xilas etmək üçün evlərini və bağlarını satıb. Aktyor bütün şəraiti olan ayrıca palatada müalicə alır. Reanimasiyada olduğundan yanına heç kim buraxılmır. Ona tibb bacısı qulluq edir.Aktyorun müalicəsi və əməliyyatı üçün çalışdığı teatr kollektivi 200 avro məbləğində yardım göstərib.Xatırladaq ki, Mixay Volontir Belarus aktyoru, SSRİ-nin xalq artistidir. Aktyor Azərbaycanda Rasim Ocaqovun "Tütək səsi" filmində Cəbrayıl rolunu oynayıb.