Üçüncü ər və üçüncü uşaq

Hər iki oğluna Ali adı qoyan məşhur aktrisa

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Star TV"nin "Gözəllik Müsabiqəsi"(1998-ci il), "Buzda dans" (2007-ci il) ilə adını birincilər sırasına yazdıran model, aktrisa Zeyneb Tokuş üçüncü uşağını dünyaya gətirəcək.1977-ci il təvəllüdlü aktrisa 3 dəfə ailə qurub. O, birinci dəfə biznesmen Bülənt Halvacı ilə ailə qurub. Bu evliliyindən Ali adlı oğlu dünyaya gəlib.İkinci dəfə genokoloq Alp Nuhoğlu ilə ailə quraraq ondan da Ali adlı oğlu dünyaya gəlib.Zeyneb Tokuş üçüncü dəfə 2011-ci ildə universitet vaxtı sevgilisi olan Erdəm Yılmaztürklə ailə qurub. Onun 6 aylıq hamilə olduğu deyilir.Zeynəb Tokuş bir vaxtlar "ANS"də yayımlanan "Dəli ürək" serialında oynadığı Zeynəb rolu ilə azərbaycanlılara tanışdır. Aktrisa həmin serialda rollarını paylaşdığı Kənan imirzalıoğlu ilə bir zamanlar sevgili olub.Tokuş həm də bu serial ilə Türkiyədə özünü tanıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31