Azərbaycan muğamı Niderlandda səslənəcək
17 Oktyabr 2012 17:40 MədəniyyətAzərbaycan muğamını bir çox xarici ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov musiqiçi heyəti ilə Niderlanda yola düşüb.
Sənətçi Amsterdam və Utrixtdə konsert proqramı ilə çıxış edəcək. Konsertlər layihə "RASA muziek dans" layihəsi çərçivəsində həyata keçirilir. Musiqiçilərimizin çıxışı oktyabr ayının 17-18-də olacaq.
Azərbaycanlı təmsilçilər "Bayatı-Şiraz" dəstgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda, konsertin təşkilatçıları instrumental ifaya da yer ayırıblar. Belə ki, bu hissədə azərbaycanlı musiqiçilər tar, kamança və balaban musiqi alətlərində ifa edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31