Baş nazirin sevgilisi o olacaq
17 Oktyabr 2012 20:40 Mədəniyyət"Kurtlar Vadisi" serialını istehsal edən "Pana Film" studiyası Türkiyənin mərhum baş naziri, 1961-ci ildə edam olunmuş Adnan Menderesin həyatından bəhs edən "Ben onu çok sevdim" adlı serialın çəkilişlərinə başlayır.Milli.Az Milliyet-ə istinadən bildirir ki, serialda Menderes, onun xanımı Berrin Menderes və sevgilisi Ayhan Aydan arasındakı münasibətlərdən də bəhs olunacaq.
Gələn ilin yanvarında nümayişi başlanacaq serialda Menderesin sevgilisi rolunu aktrisa Belçim Bilgin oynayacaq.
1,5 yaşında anasını, 2,5 yaşında olanda atasını, 5 yaşında bacısını, 18 yaşında isə nənəsini itirən Adnan Menderesin əzablı həyatından bəhs edən serialın ssenarisi də "Pana Film"ə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31