Tatlısəs: “Əsəb sarsıntısı keçirdim…”
17 Oktyabr 2012 20:26 MədəniyyətFutbol azarkeşi olan məşhur müğənni İbrahim Tatlısəs dünən axşam Macarıstan və Türkiyə yığma komandaları arasındakı oyundan çox əsəbiləşib. Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə yığmasının 1:3 hesabı ilə uduzduğu matçdan sonra müğənni sosial şəbəkədəki səhifəsində yazıb ki, Macarıstanda milli duyğular yox oldu. İbrahim Tatlısəs oyuna baxarkən əsəb sarsıntısı keçirdiyini bildirib: "Macarıstan milli duyğularla şah oldu, bizi mat etdilər...".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31