Faiq Ağayev: "O buraya gəlsə, mən üstümə benzin töküb yandıracağam"

İllərdir küsülü olan Faiq Agayev ilə Brilliant Dadaşova münasibətlərində son duruma bu axşam aydınlıq gətiriləcək.
Milli.Az-ın məlumatına görə, oktyabrın 17-si 22:15-də Lider TV-də rejissor Aynurə Tahirqızı və teleaparıcı Zaur Nəbioğlunun hazırladıqları "Pərdə" verilişinin növbəti buraxılışı efirdə olacaqlar.
"Tet-a-tet" rubrikasında Zaurun qonağı olan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Agayev səslənən cəsarətli suallar qarşısında susmayıb.
"Mənim düşmənlərim yoxdur. Daş atmaq bir az məsafə saxlamaq, qorxmaqdır. Mən kinli deyiləm. İnciyənəm. Xətrimə dəymək çətin olsa da, mümkündür", - deyən cənab qızıl şlyager illərdir küsülü olduğu Brilliant Dadaşova barədə danışdıqca danışacaq.
Növbəti olay, ya növbəti barışıq? Faiq Ağayev həmçinin: "O buraya gəlsə, mən üstümə benzin töküb yandıracağam", - sözlərini də işlədib. Bunu nə üçün söylədiyini "Pərdə"yə baxdığınız zaman biləcəksiniz.
Verilişdə həmçinin başqa ulduzlardan xəbər tutacaqsınız:
- Müğənnilər Roza Zərgərli və Zamiq Hüseynovdan şok xəbər. Roza və Zamiq evlənirlərmi?
- Elza Seyidcahanın adını tədbirlərdən silən tanınmış kimdir? Elza ilk dəfə "Pərdə"nin "5 etiraf" rubrikasında bu barədə danışıb, etiraf edəcək.
- Pərdənin anons çəklişində yaşanan rəngarənglik...
- Estrada ulduzu Ayan Babakişiyeva həmkarlarını daş-qalaq etdi. Onun hədəfi kimdir?

- Xumar Qədimova ölümdən danışdı. Müğənni ona görə ölümə gedən insan barədə şok olayı ilk dəfə dilə gətirdi.

Bu və digər maraqlı məqamları qaçırmaq istəmirsinizsə, mütləq "Pərdə"ni izləməyə çalışın. Baxın, çox maraqlı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31