Tədqiqatçılar 4 günəşli planet kəşf edib

Dünyanın radiusundan 6 dəfə böyük olan planet Günəş sistemindəki Neptun planetinə bənzəyir

Amerikalı həvəskar tədqiqatçılar 4 günəşi olan yeni bir planet kəşf ediblər. "Yel" universiteti tərəfindən aparılan "Planet ovçuları" (Planet Hunters) proqramına könüllü dəstək verən həvəskar tədqiqatçılar tərəfindən kəşf edilən 4 günəşli planet dünyadan 500 işıq ili uzaqdadır.Planetin qoşa bir ulduzun orbitində yerləşdiyi, başqa bir qoşa ulduzun isə bu planetin ətrafında fırlandığı bildirilir.Məlumata görə, dünyanın radiusundan 6 dəfə böyük olan planet Günəş sistemindəki Neptun planetinə bənzəyir."Yel" universitetinin akademiki Meq Şvab daha əvvəl 2 günışli planet kəşf edildiyini, 4 günəşli planetə isə ilk dəfə təsadüf edildiyini deyib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31