Azərbaycanın xalq artisti türk serialına çəkilir
16 Oktyabr 2012 19:15 MədəniyyətFəxrəddin Manafov qardaş ölkə rejissorlarının diqqətini çəkib.Publika.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, xalq artisti "Mahmud və Məryəm" filminə çəkildikdən sonra türkiyəli prodüserlərin marağına səbəb olub.
Aktyora Türkiyənin məşhur telekanallarının birində yayımlanan serialdan təklif gəlib. F.Manafov olduqca yüksək məbləğdə qonararla bu təklifi qəbul edib.
Portalın əməkdaşı məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlayıb. Sənətçi hazırda xəstə olduğunu və daha sonra açıqlama verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31