Zülfiyyə Xanbabayeva: "Ən böyük hədiyyəm qızımdır"

Xalq artisti özünü 45 yaşında hiss etmir.
Milli.Az xəbər verir ki, oktyabrın 16-da Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Zülfiyyə Xanbabayeva doğum gününü qeyd edir.
45 yaşı tamam olan xalq artisti əməkdaşımızın telefon zənginə cavab verib, onu təbrik edənlərə minnətdarlığını bildirdi: "Diqqət, sevgi və qayğı ilə əhatə olunmağı heç bir hədiyyə əvəz edə bilməz.
Ən böyük hədiyyəm qızımdır. Beş ildir ki, Allahımın verdiyi bu hədiyyəyə sahibəm. Xoşbəxt ana və müğənniyəm. Gecədən başlayaraq təbriklər almaqdayam.
Var olsun Zülfiyyə Xanbabayeva olmağımı mənə xatırladan doğmalarım, dostlarım və pərəstişkarlarım.
45-i tamam etsəm də, özümü heç də bu yaşda hiss etmirəm (gülür). Yaşayıb-yaratmaq həvəsində olan Zülfiyyə çox gəncdir".
Yubilyar onu da bildirdi ki, özəl bayramını sırf ailə dostlarının əhatəsində, sadə məclis təşkil etməklə keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31