ŞOK! Zaur Baxşəliyevlə Günay Qələndərli ayrılıb!
16 Oktyabr 2012 15:31 MədəniyyətATV telekanalının aparıcıları - Zaur Baxşəliyevlə Günay Qələndərlinin toyları olması ilə bağlı xəbər yayılıb.Gün.Az xəbər verir ki, gəzən şayiələrə görə, cütlük oktyabrın 26-da nikah masası arxasına keçəcək.Say-seçmə qonaqların dəvət olunacağı mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində təşkil olunacaq. Mərasimə KİV nümayəndələri buraxılmayacaq.Məsələyə aydınlıq gətirmək məqsədilə Günay Qələndərli ilə əlaqə saxladıq. Aparıcı xəbəri nə təsdiq, nə də inkar etdi. O, hazırda sükan arxasında olduğunu bəhanə edərək, sualdan yayındı.Zaur Baxşəliyevlə əlaqə saxlamaq cəhdi isə baş tutmadı, aparıcı telefonun zənglərinə cavab vermədi.Məsələnin maraqlı tərəfi ondadır ki, hər iki aparıcının çalışdığı telekanalın adını çəkmək istəmədiyi əməkdaşı bizimlə söhbətində Zaurla Günayın çoxdan ayrıldığını deyib. Mənbə onu da əlavə edib ki, cütlük arasında toy ab-havası hiss olunmur. Hətta telekanal əməkdaşlarına dəvətnamə belə paylanılmayıb.