Tanınmış türk aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru türk xalqını yasa boğub.Türkiyənin məşhur teatr və kino aktyoru Erol Günaydın bu gün 79 yaşında vəfat edib.
Milli.Az NTV-yə istinadən xəbər verir ki, Günaydının ölüm xəbərini qızı Günfer Günaydın Twitterdən bildirib.
Xatırladaq ki, Erol Günaydın bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun həm də böyrək çatışmazlığı var idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31