Rənglər palitrasının harmoniyası

Bir müddət öncə amerikalı alimlər dünyaya yeni nailiyyətləri barədə məlumat verdilər. Onlar bir göz qırpımında rəngini dəyişən material yaradıblar. Bu, maqnit sahəsinin təsiri nəticəsində baş tutur. Tədqiqatçılar qeyd edirlər ki, mikroskopik polimerlərdən ibarət olan parça bir andaca bir rəngdən digərinə mikrosferanın vəziyyətini dəyişdirən xarici elektromaqnit sahəsinin təsiri altında düşür. Alimlərin sözlərinə görə, onların yeni ixtirası olan material rənginin dəyişməsi üçün yeni mexanizmə malikdir.
Kimlərsə bu ixtira dahiyanə və gərəkli görünə bilər. Tutalım, kimsə mərasimə və ya toya bir rəngdə paltarda gəlib. Bir müddətdən sonra qonaqlar onun görünüşünün dəyişməsindən şoka düşürlər.
Amma hər şey ilk baxışdan göründüyü kimi sadə deyil. Sirr deyil ki, geyim və ya kostyum düzgün, ustalıqla seçilmiş aksesuarların harmoniyasında gözəl görünür. Təbii ki, bunu hamı başa düşür. Ustalıqla seçilmiş sözünün altında təkcə rənglər qamması nəzərdə tutulmur. Bu zaman hər bir kiçik detal düşünülür, stil və modelə uyğun seçilir.
Yeri gəlmişkən, valehedici geyimin ahənginin düzgün seçilməyən ayaqqabı və ya kəmər sayəsində pozulduğu az müşahidə edilmir. Bəzən isə elə olur ki, konkret rəng kiminsə dəri rəngi ilə uyğunluq təşkil etmir. Sviter və ya geyimin bədəndə ideal tutmasına baxmayaraq, onun rəngi sahibini yetişib ötmüş pomidora və ya qurumuş kola oxşadacaqsa, inanın ki, HEÇ KİMİN diqqətini cəlb etməyəcək. Deməli, başqalarının rənglərlə bağlı səhvlərini təkrarlamamaq üçün hansı rəngləri bir-biri ilə uyğunlaşdırmağa aydınlıq gətirmək yaxşı olardı.

Rəng səhvləri

Xanımlar yaxşı bilirlər ki, bir geyimdə rənglər palitrasını yaratmaq göz oxşamır. Ona görə də geyim seçərkən onun maksimum onun üç rəngdə olması, rənglərdən birinin isə neytral - məsələn, qara, və ya ağın çalarları (bej, süd rəngi, solğun boz) məqbul sayılır. Əks halda "tutuquşu", "işıqfor" ləqəbi almaq riski realdır. Amma bir həqiqət də var. Bütün qaydalarda istisna mövcuddur. Rəngli bəzək əşyalar bir tonlu və sadə biçimli geyimlər üçün əla kompozisiya təşkil edir.

Qaranın firavanlığı

Yəqin ki, uşaqlıqda nağıllarda eşitdiyimiz dəhşətli cümlələri xatırlayırsınız: "Qap-qaranlıq bir şəhərdə, qap-qaranlıq bir küçə var..." Bu qəmgin şəhər haqqında nağıl bizlik deyil. Çünki şəhərin boz kütləsi ilə qaynayıb qarışmaq təhlükəsi mövcuddur. Belə obrazı parlaq rəngi şlyapa və əlcək təravətləndirə bilər.
Yabanı yaşıl, sarı, narıncı və çəhrayı kimi rəngli paltarların münasib bilindiyi mərasim və ya tədbiri təsəvvür etmək çətindir. Bu yalnız yollardakı iş üçün xüsusi geyim ola bilər. Və yaxud konsertdə artist bu rəngli paltarlardan istifadə edə bilər. Bu yerdə xatırlatmaq yerinə düşər ki, ümumiyyətlə, səhnə geyimlərində rəng məhdudiyyəti olmur.

Aksesuarlardakı səhvlər

Düzgün seçilməmiş baş geyimi

Əgər özünüzə şlyapa almısınızsa, qısa gödəkcədən plaş və ya paltonun xeyrinə imtina etməlisiniz. Pərqu üst geyimi ilə hörmə papaqlar taxmaq daha münasib olardı. Payızda isə gödəkcə ilə günlüklü kepka taxmaq yerinə düşər.azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31