Bülbülün anadan olmasının 115 illiyinə həsr edilmiş musiqi festivalı və müsabiqə keçiriləcək

Respublikada gənc istedadların aşkara çıxarılması, onların dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə oktyabrın 22-dən 25-dək Azərbaycanın məşhur opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, SSRİ Xalq Artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 115 illik yubileyinə həsr olunmuş musiqi festivalı və bu festival çərçivəsində milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 3 yaş qrupu üzrə keçiriləcək (I qrup 10-13 yaş, II qrup 13-16 yaş, III qrup 16-20 yaş) müsabiqə 2 mərhələdən ibarət olacaqdır.
Müsabiqənin yekun konsertinin oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31