Brilliant Dadaşova bunu da etdi
15 Oktyabr 2012 19:35 MədəniyyətRamal İsrafoliv, Abbas Bağırov və Könül Kərimovanın ifasından sonra qalmaqallara səbəb olan "Aləm gözəl" mahnısını bu dəfə Brilliant Dadaşova oxuyub.
"Bu mahnını hələ heç yerdə oxumamışam. Mahnı o qədər xoşuma gəldi ki, özümü saxlaya bilmədim və mahnını oxumaq qərarına gəldim. Mahnı özlüyündə çox gözəldir", - Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, bu sözləri müğənni Brilliant Dadaşova "ATV Maqazin" proqramına bildirib.
Qeyd edək ki, mahnının müəllifliyi haqqında hələ də mübahisələr davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31