Berlində dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin xatirəsi anılacaq

Oktyabrın 18-də Berlində fəaliyyət göstərən "Bakılı" klubunda dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir."Müslüm Maqomayev-sovet estradasının sonuncu Orfeyi" adlı tədbir Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin dəstəyi ilə təşkil olunacaqdır. Xatirə gecəsində unudulmaz sənətkarın həyatından və sənət yaradıcılığından danışılacaq, Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş konsertin lent yazısı göstəriləcəkdir. Qeyd edək ki, bu, "Bakılı" klubunda dünya şöhrətli musiqiçi Müslüm Maqomayevə həsr olunmuş üçüncü tədbirdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31