Şakira sosial şəbəkədə Azərbaycan təəssüratlarını bölüşüb

. Dünya şöhrətli kolumbiyalı müğənni Şakira oktyabrın 14-də "Baku Crystal Hall"un səhnəsindəki çıxışından razı qalıb. "Azadinform" xəbər verir ki, ifaçı özünün "Facebook" profilində konsertdən şəkil paylaşaraq fikirlərini bölüşüb: "Özümü səhnədə olduqca əla hiss edirdim. Doğrudan da, bu gecə əməlli-başlı əyləndik".Xatırladaq ki, Şakiranın Bakıda konsertini "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkəti təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31