Filipp Kirkorovun Bakı konsertinin yeri dəyişdi
Konsertin “Baku Crystal Hall”da keçirilməsi nəzərdə tutulur
15 Oktyabr 2012 20:35 MədəniyyətRusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun noyabrın 9-da Bakıda keçirilməsi nəzərdə tutulan konserti Heydər Əliyev Sarayında olmayacaq. APA-nın məlumatına görə, konsertin təşkilatçısı olan şirkət tərəfindən Saraya rəsmi məktub ünvanlanıb. Məktubda bildirilir ki, müvafiq təşkilatı problemlərə əsaslanaraq noyabrın 9-u üçün Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsert ləğv olunur.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya konsertin Heydər Əliyev Sarayında keçirilməsinin ləğv olunduğu təsdiqlənib.
Filipp Kirkorovun konsertinin noyabrın 8-də "Baku Crystal Hall" səhnəsində keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31