Namiq Qaraçuxurlu həyatının çətin anlarını xatırladı

Tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu etiraf edib ki, yaradıcılığının ilk illərində kasetlərini özü paylayıb və bunu heç vaxt gizlətməyib.
"İlk meyxanamı yazanda onu özüm studiyalardan birinə apardım və xahiş etdim ki, onu yaysınlar, lakin onlar razılaşmadılar. Bu zaman hər şeyi özüm etməli oldum. Bu işlərlə məşğul olan adam tapdım. Üç gündən sonra mənim meyxanam populyarlaşdı, hamı onu dinləməyə başladı. İlk vaxtlar onu dayanacaqlarda oxudurdular ki, keçənlər alsınlar", - Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, bu barədə meyxanaçı Space telekanalının "Plus-minus" verilişinə bildirib.
N.Qaraçuxurlu qeyd edib ki, hazırda yeni kompozisiyanın üzərində işləyir. Bu səbəbdən digər işləri təxirə salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31