34,2 milyonluq rəsm (FOTO)

Erik Klepton əsəri 2001-ci ildə 10 dəfə aşağı qiymətə almışdı

Britaniyalı məşhur musiqiçi Erik Kleptonun şəxsi kolleksiyasından olan rəsm əsəri rekord qiymətə satılıb.
Belə ki, Londonda "Sotheby" hərracına çıxarılan və alman rəssamı Qerhard Rixterin əl işi olan "Abstrakt rəsm" 34,2 milyon dollara öz yeni sahibini tapıb. Erik Klepton həmin əsəri 2001-ci ildə Rixterin digər iki əsəri ilə birlikdə 3,4 milyon dollara almışdı.
67 yaşlı musiqiçi geniş incəsənət kolleksiyasına malikdir. Ötən il o, "Bonhams" hərracında 70-ə yaxın gitarasını 2,15 milyon dollara satmış və həmin məbləği narkotik və içki aludəçilərinin reabilitasiya mərkəzinə bağışlamışdı. "Abstrakt rəsm" adlı əsərin satışından gələn gəlirin hara xərclənəcəyini isə musiqiçi hələ açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31