Röyanın qardaşını Fətullahla nə birləşdirir?

Estrada ulduzu Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov Türkiyədə seriala çəkilir.

Bu barədə məlumatı "Qafqazinfo"ya 12 ildir Türkiyədə yaşayan, orda aktyor kimi fəaliyyət göstərən Azəri oğlu Murat (Murad Fətullah) məlumat verib. O bildirib ki, Röyanın qardaşı İsmayılı seriala çəkmək üçün özü dəvət edib: "Mən Türkiyədə yeni filim çəkmək qərarı aldım. İsmayılı dəvət etdim, onun istedadlı bir oyunçu olduğuna inandım. İşinin öhdəsindən çox yaxşı gəldi. Serialın adı "Küçük Kiyamət"dir". Film barədə çox məlumat vermək istəmirəm, surpiriz olsun".
Məlumat üçün bildirək ki, Türkiyədə "Azəri oğlu Murad" kimi yaşayıb fəaliyyət göstərən aktyor qardaş ölkənin teatr xadimləri - Müjdat Gezen, Sümer Tilmaç, Yılmaz Erdoğandan dərslər alıb. "Marmara Universitet"nin aktyorluq fakültəsini bitirib. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav", "Kurtlar vadisi" kimi baxımlı türk seriallarında rol alıb.
Türkiyənin "Mix TV" telekanalında əyləncəli verilişin aparıcısıdır. Türkiyənin tanınmış teleaparıcısı Acun Ilıcalı tərəfindən yaradılmış "Acun media"da menecer kimi çalışır. Reklam və seriallarda rol alan Murad həmçinin İstanbulda Sərxan Kərəmoğlunun rəhbəri olduğu "Quliyeva adına teatr"ın tamaşalarında oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31