Şakira Bakıda geniş konsert proqramı ilə çıxış edib
14 Oktyabr 2012 23:36 MədəniyyətOktyabrın 14-də dünya şöhrətli müğənni Şakira "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış etmişdir.AzərTAc xəbər verir ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur.
Dünya şöhrətli müğənni Şakira ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlamış və hazırda müasir estrada musiqisinin ən parlaq simalarından biridir. Ərəb və latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanan tanınmış müğənni iki "Qremmi", yeddi "Latın Qremmi", iyirmi iki "Billboard Latın Musiqi" mükafatları da daxil olmaqla, çoxsaylı uğurlara imza atmışdır.