Şakira Bakıdakı konsertindən yazdı
"Körpəmlə ilk dəfə səhnəyə çıxırıq"
14 Oktyabr 2012 18:26 MədəniyyətDünya şöhrətli ulduz Şakira oktyabrın 13-də 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının bağlanış mərasımində möhtəşəm şou ilə çıxış etdi.Milli.Az Trend-Life-a istinadən bildirir ki, Şakira Twitter-dəki rəsmi səhifəsində yazıb:"Fransa millisini qızlar arasında futbol üzrə dünya çempionatındakı qələbə münasibəti ilə təbrik edirəm. Sizi səhnənin qarşısında görmək mənim üçün çox xoş idi".Konsertdən əvvəl isə hamiləliyin 6-cı ayında olan Şakira Twitter-də yazmışdı:
"Bir neçə dəqiqə sonra bizim körpə ilə səhnədə ilk çıxışımız olacaq. Və bu məhz futbol tədbirinə təsadüf edir. Magik Shak".Qeyd edək ki, Şakiranın dünyaya gətirəcəyi ilk övladının atası İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Xerard Pikedir. Uşağın artıq cinsiyyəti də bəllidir. Gələn ilin yanvarında Şakira ilə Pike oğlan övladlarını qucaqlarına almağa hazırlaşırlar. Ona ad da fikirləşiblər - Ulis.Şakira həmçinin Twitter-də BMT-nin Uşaq fondunun (UNİCEF) sülhməramlı səfiri kimi Bakıda futbolçu qızlarla görüşündən də məlumatları paylaşıb.Bu gün kolumbiyalı müğənni "Baku Crystal Hall"da möhtəşəm şou ilə çıxış edəcək.