Azərbaycanlı müğənni üçün sürpriz hazırlayıblar
Xalq artisti yubileyini təmtəraqlı şəkildə qeyd edəcək
14 Oktyabr 2012 10:09 MədəniyyətMilli.Az-ın məlumatına görə, oktyabrın 16-da Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Zülfiyyə Xanbabayeva doğum gününü qeyd edəcək.
Yaşla bağlı kompleks yaşamayan müğənninin 45 yaşı tamam olacaq. Əldə etdiyimiz məlumata görə, bir qrup pərəstişkarı sevimli ulduzlarına xoş bir sürpriz hazırlayıblar.Hədiyyənin nə olması gizli saxlanılır. Sadəcə, öyrənə bildik ki, həmin sürpriz xanım Xanbabayevanın ən xoş günlərindən birini ona olduğu kimi xatırladacaq. Və elə ad gününündə səbəbkara təqdim olunacaq.Özəl bayramında müğənninin dostlarını bir araya yığıb-yığmayacağı, hələ ki, sual altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31