Emin Ağalarovun mahnısı ABŞ-ın "Billboard" jurnalının musiqi hit-paradının iyirmiliyinə daxil olub
13 Oktyabr 2012 20:27 MədəniyyətTanınmış müğənni və bəstəkar Emin Ağalarovun "After the Thunder" albomundan olan "Baby get higher" mahnısı ABŞ "Billboard" jurnalının musiqi hit-paradının iyirmiliyinə daxil olmuşdur.
AzərTAc müğənninin rəsmi internet saytına istinadla xəbər verir ki, "Baby Get Gigher" mahnısı hit-paradda 19-cu pillədə yer almışdır.
Emin Ağalarov "After the Thunder" albomunu yenidən təbliğ etmək məqsədi ilə gələn həftə ABŞ-a yola düşəcəkdir.
"After the Thunder" albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31