Şakira Bakı vaxtına alışa bilmir

Sabah və biri gün Bakı səhnəsində oxuyacaq məşhur müğənni, dünya estradasının parlaq ulduzu Şakira da səhv edib."Azadinfrom" artıq bir-neçə gündür Bakıda olan müğənninin özünə məxsus "Facebook" səhifəsinə istinadən xəbər verir ki, o, vaxtı səhf salıb. O, günün günorta çağı səhifəsində paytaxt Bakının şəklini və "Sabahın xeyir, Bakı" adlı statusunda "Good morning, Baku! Buenos dias Baku! Shak" yazıb. Qeyd edək ki, Şakira sabah "17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı"nın bağlanış mərasimində möhtəşəm şou, bazar günü isə "Bakı Billur Zalı"nda konsert proqramı ilə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31