Mehriban Xanlarova: “Məni maşın vurdu, yıxıldım yerə...”
12 Oktyabr 2012 18:25 MədəniyyətAzərbaycanın əməkdar artisti, aktrisa Mehriban Xanlarovanın gələcək həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı xəbər yayılıb.Məsələ ilə bağlı Mehriban Xanlarova əlaqə saxladıq. Əməkdar artist Lent.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər tamamilə yalandır: "Başa düşə bilmirəm, bu nə xəbərlərdir? Mən hazırda "Həkimlər" serialının çəkilişindəyəm. Yəqin ki, bu serialın süjet xəttinə görə belə deyilib. Çünki ssenariyə görə, guya məni maşın vurdu, yıxıldım yerə. Serialdakı həyat yoldaşım gəlib məni silkələdi. Ola bilər, kimlərsə kənardan bunu görüb, elə biliblər məni döyür. Mənim nə indiki, nə də gələcək həyat yoldaşım var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31