Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək
11 Oktyabr 2012 17:13 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin qurultayı bu ilin sonunda, ya da gələn ilin əvvəlində keçiriləcək. Bunu cümə axşamı Trend-ə AYB sədri Anar deyib.
Onun sözlərinə görə, qurultayın tarixi hələ dəqiqləşdirilməyib.Yazıçı Anar son dövrlərdə 1960-70-ci illərdə olduğu kimi, maraqlı əsərlərin yazılmaması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Bu fikirlə razılaşmayan AYB sədri hesab edir ki, son dövrlərdə də maraqlı əsərlər yazılıb.
"Sadəcə, indi dövr, tələblər başqadır. Ona görə də ədəbiyyat fərqlidir", - yazıçı Anar əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31