Tarkandan başqa, Kənan da Bakıdakı məşhur toya gəlir
10 Oktyabr 2012 21:08 MədəniyyətTürkiyənin məşhur müğənnisi Kənan Doğulu və qardaşı Ozan Doğulu yenidən Azərbaycana gəlirlər."Qafqazinfo"ya daxil olan məlumata görə Kənan və Ozan qardaşları bu dəfə konsert üçün deyil, toyda iştirak etmək üçün gələcəklər.Qeyd edək ki, bir müddət əvvəl "Qafqazinfo" meqastar Tarkanın bu ayın sonunda ucarlı iş adamı Mədət Hümmətovun oğlunun toyuna təşrif buyuracağını yazmışdı. Bu gün əldə etdiyimiz məlumata görə isə Kənan Doğulu da həmin toy mərasiminə dəvətlidir.
Toyda, həmçinin 17 yerli və əcnəbi müğənninin iştirak edəcəyi deyilsə də onların kimliyi haqqında məlumat əldə edə bilmədik .
Xatırladaq ki, Tarkan helikopterlə komandası ilə birlikdə Türkiyədən birbaşa Bakıya gələcək. Onun bir saata yaxın mahnı ifa edəcəyi deyilir. Toy sahibi ucarlı işa adamı Mədət Hümmətovun oğlu Famil Hümmətov türkiyəli iş adamının qızı Ayçə Fərahla evlənir. Qeyd edək ki, Ayçə Fərahın atası Almaniyada şəxsi zavodlara sahibdir.